Adil əl Cübeyr: “İranın düşmənçilik siyasətinə Səudiyyə Ərəbistanının cavab verməyə haqqı var”

Adil əl Cübeyr: “İranın düşmənçilik siyasətinə Səudiyyə Ərəbistanının cavab verməyə haqqı var”

GünAzTV: Amerikada səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr, martın 28-də jurnalistlərə açıqlamasında İranın ölkəsinə qarşı yürütdüyü düşmənçiliyindən və yaraqlı husilərin İrandan aldığı raketləri Səudiyyə Krallığının ərazisinə atmasından danışıb.

 

Öz açıqlamasında Yəməndəki yaraqlı husilərin İranda istehsal edilmiş 7 ballistik raketi Ər-Riyada və Səudiyyə Ərəbistanının digər ərazilərinə atmasına münasibət bildirən Adil əl Cübeyr deyib ki, ölkəsi İranın bu düşmən addımıını cavabsız qoymayacaq: “İranın düşmənçilik siyasətinə və onun ölkəmizə qarşı təxribat xarakterli addımlarına Səudiyyə Ərəbistanının cavab verməyə haqqı var və biz vaxtı gələndə həmin haqqımızdan istifadə edəcəyik.

 

Təəssüflər olsun ki, İran beynəlxalq qətnamələri pozaraq, husi yaraqlılarına uzaqmənzilli raketlər göndərməyi hələ də davam etdirir, onları müxtəlif silah-sursatla təmin edir. Bunun isə qarşısı alınmalıdır”.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanınn hava hücumundan müdafiə sistemləri, son günlər, husilərin Yəməndən Ər-Riyada və Səudiyyə Krallığının digər ərazilərinə atdığı 7 ballistik raketi səmada məhv edib. Sonradan isə husilərin həmin raketləri İrandan aldığı aşkar edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN