Ağ Ev İran rejiminin dinc etirazçılara qarşı zor tətbiq etməsini pisləyib

Ağ Ev İran rejiminin dinc etirazçılara qarşı zor tətbiq etməsini pisləyib

GünazTV: Ağ Ev və Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti noyabrın 17-də ayrı-arılıqda bəyanatlar yayaraq, İran hökumətinin dinc etirazçılara qarşı zor tətbiq etməsini kəskin pisləyiblər.

 

Hər iki bəyanatın yayılması, İranın 60-dan çox şəhərində hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən dinc etirazlarda 20-dən çox aksiyaçının rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində öldürülməsi və 1000-dən çox etirazçının həbs olunması ilə eyni vaxta təsadüf edib.

 

Ağ Evin yaydığı bəyanatda bildirilir ki, Amerika hökuməti İran rejiminin dinc etirazçılara qarşı zorakılığa əl atmasını, ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə məhdudiyyət qoyaraq interneti kəsməsini qınayır: “Amerika Birləşmiş Ştatları İran xalqının rejimə qarşı dinc etirazını dəstəkləyir. Biz, İslam Respublikası hakimiyyətinin dinc etirazçılara qarşı öldürücü üsullardan istifadə etməsini, ölkədə sərbəst informasiyanın mübadiləsinə məhdudiyyət qoymasını pisləyirik.

 

Təəssüflər olsun ki, İran rejimi kor bir təəssübkeşliklə hərbi nüvə və raket proqramını davam etdirir,  beynəlxalq terrorizmə dəstək verir. Bununla da bu rejim elə bir iş görüb ki, başıuca bir millət başqalarına ibrət dərsi olsun. Bu isə göstərir ki, hakim təbəqə öz millətini atıb yalnız sərvətə, gücə və qüdrətə can atanda nələr baş verə bilər” –deyə Ağ Evin yaydığı bəyanatda bildirilir.

 

Morgan Ortagus

 

Həmin gün Amerika Dövlət Departamentinin sözçüsü Morgan Ortagus “Twitter”də paylaşdığı bir yazıda son üç gündə İranda baş verən etirazlara reaksiya verib. Ortagus deyib ki, Amerika İran xalqının yanındadır: “İran rejimi öz xalqı qarşısında şəffaf davranmalı, öz vətəndaşlarına cavabdeh olmalıdır. İran hökuməti nüvə razılaşmasının imzalanmasından sonra saksiyaların azaldılması nəticəsində əldə etdiyi milyardlarla dollar pulu ölkədə məktəb və ya xəstəxana tikməyə yox, bütün Orta Şərq regionunda fəaliyyət göstərən terrorçu və təmsilçi qruplaşmalara sərf edib və yalnız onlara yardım göstərib” –deyə Amerika Bİrləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morgan Ortagus “Twitter”də paylaşdığı yazıda bəyan edib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN