Ağ ev: Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib

Ağ ev: Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürməyib.

 

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşına istinadən "Reuters" məlumat yayıb.

 

"G20-də prezident Ərdoğanla görüş zamanı prezident Güləni ekstradisiya edəcəyinə dair üzərinə öhdəlik götürməyib", - deyə Ağ evin yüksəkçinli əməkdaşı bildirib.

 

Bundan əvvəl ABŞ prezidenti Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtardıqlarını bəyan etmişdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN