Ağ Ev: “Trampın Zərifin G-7 toplantısına gələcəyi barədə məlumatı olmayıb.

Ağ Ev: “Trampın Zərifin G-7 toplantısına gələcəyi barədə məlumatı olmayıb.

GünAz TV: Ağ Evin rəsmilərindən biri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin G-7 toplantısına gələcəyi barədə Amerika prezidenti Donald Trampa öncədən məlumat verilmədiyini deyib.

 

“Reuters” agentliyinin adının açıqlanmasını istəməyən rəsmiyə istinadən verdiyi məlumata görə, Tramp Zərifin toplantıya qatılacağı və Fransa heyəti ilə görüşəcəyindən xəbərdar olmayıb.

 

Xatırladaq ki, Zərif ötən gün Biarrits şəhərində yerləşən G-7 toplantısında iştirak etmək üçün Tehrandan Fransaya yola düşmüşdü. O, bu səfər çərçivəsində həmçinin öz fransız həmkarı Jan-İv Le Drian ilə də görüşmüşdü.

 

Bundan öncə, avqustun 23-də İranın XİN rəhbəri Fransaya rəsmi səfər etmişdi. O, prezident Emanuel Makronla görüşüb, rəsmi Tehranla Vaşinqton arasında mövcud olan gərginliklərin azaldılması istiqamətində müzakirələr aparmışdı.

 

Ötən gün Zərifin gözlənilməz səfərinə Amerikanın Maliyyə Naziri Steven Mnuçin də münasibət bildirib. O qeyd edib ki, prezident Tramp İranla heç bir ön şərt olmadan danışıqlara başlamağa hazırdır.

 

 Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN