Ağ Evdən İranın hücumuna ilk reaksiya: “Prezident Tramp öz təhlükəsizlik komandası ilə məşvərət aparır”

Ağ Evdən İranın hücumuna ilk reaksiya: “Prezident Tramp öz təhlükəsizlik komandası ilə məşvərət aparır”

GünazTV: “Sepah” terror təşkilatının Amerikanın İraqdakı iki hərbi bazasına raket hücumundan az sonra Ağ Evin sözçüsü Stefani Grişam jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın bu hücuma münasibətini açıqlayıb.

 

O deyib ki, ABŞ prezidentinə “Sepah”ın hücumu barədə məlumat verilib: “Biz İranın İraqdakı hərbi təsisatlarımıza qarşı hücumu barədə məlumatlar almışıq. Prezident Tramp da artıq hər şeydən xəbərdardır və hazırda vəziyyəti yaxından izləməklə öz təhlükəsizlik komandası ilə məşvərət aparır” –deyə Ağ Evin sözçüsü Stefani Grişam əlavə edib.

 

“Sepah” terror təşkilatı yanvarın 8-i sübh saatlarında Amerikanın İraqdakı iki hərbi bazasını onlarla raketlə atəşə tutub. Hücumda, “Eynül Əsəd” hərbi bazası və İraqın Kürdüstan muxtariyyətinin Ərbil şəhərində yerləşən digər bir hərbi təsisatı hədəfə alınıb.

 

Raket hücumundan az sonra, “Sepah” bəyanat yayaraq bildirib ki, Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı hərbi bazalarına onlarla raket atıb: “Bir daha Amerikaya xəbərdarlıq edirik ki, onun hər hansı bir təcavüzkar yeni addımına daha kəskin və dağıdıcı cavab verəcəyik. Biz həmçinin öz hərbi bazalarını Amerikanın ixtiyarına qoyan region ölkələrinə xəbərdarlıq edir, bildiririk ki, düşmənin bizə qarşı hər hansı bir təcavüzkar addımına şərait yaradan hər bir ölkə islam respublikasının hədəfinə çevriləcək” –deyə, bəyanatda bildirilir.

 

 

Amerikanın İraqdakı hərbi bazalarına qarşı hücumlarda, “Sepah”ın yer-yer “Fateh” adlı ballistik raketlərindən istifadə edildiyi bildirilir.

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN