Ağ Evin sözçüsü: “Tramp bu həftənin sonuna qədər Amerikanın İranla bağlı strategiyasını açıqlayacaq”

Ağ Evin sözçüsü: “Tramp bu həftənin sonuna qədər Amerikanın İranla bağlı strategiyasını açıqlayacaq”

GünAzTV: Ağ Evin sözçüsü Sara Sanders oktyabrın 10-da jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın qarşıdan gələn günlərdə ölkəsinin İranla bağlı ümumi strategiyasını  elan edəcəyini bildirib.

 

Sanders deyib ki, Amerika prezidenti qarşıdan gələn günlərdə İranın 5+1 qrupu ilə imzaladığı nüvə sazişinə sadiq qalıb-qalmaması barədə bəyanat yayacaq: “Tramp bu həftənin sonuna qədər Amerikanın İranla bağlı ümumi strategiyasını açıqlayacaq. Prezident, İranla bağlı yürüdüləcək ümumi straegiya barədə qərarını verib. O, İranın pis bir oyunçu kimi yaratdığı bütün problemlərin qarşısını almaq üçün əlimizdə müfəssəl bir siyasətin olacağından əmin olmaq istəyir”.

 

5+1 qrupu ilə İran arasında əldə edilmiş nüvə razılaşmasını Amerikanın imzaladığı ən pis saziş adlandıran və onun qatı müxaliflərindən olan Tramp, bu sənədin ölkəsi üçün başıaşağılıq gətirdiyini bəyan edir.

 

 

Qeyd edək ki, ABŞ prezidenti hər 90 gündən bir, İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir.

 

ABŞ rəsmilərinin bildirdiyinə görə, Tramp, nüvə sazişi ilə bağlı mövqeyini və ölkəsinin həmin sazişdə qalıb-qalmayacağını oktyabrın 15-də açıqlayacaq.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN