Ağ Qala şəhərini yenidən su basıb

Ağ Qala şəhərini yenidən su basıb

GünazTV: Ay yarımdır İranın müxtəlif şəhər və bölgələrində baş verən daşqın və sel fəlakəti davam edir.

 

Yayılan məlumata əsasən, aprelin 27-də Gülüstan (Türkmənsəhra) əyalətinin Ağ Qala şəhərini yenidən su basıb. Bildirilir ki, şəhərin böyük bir hissəsində selin əmələ gəlməsinə, son günlər yağan intensif yağışlar, ətraf dağlarda və yüksəkliklərdə qarın əriməsi, eləcə də Qorqanrud çayının daşması etməsi səbəb olub.

 

Sel nəticəsində Ağ Qalanın Həkimabad, Kəlabad, Mikayıl və Eydgah məntəqələrindəki ibtidai və orta məktəblər müvəqqəti olaraq bağlanılıb, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Gülüstan əyalətinin rəsmiləri isə suyun yaxın günlərdə şəhərdən çəkiləcəyini bildirirlər.

 

 

Qeyd edək ki, son ay yarım ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Hormozqan, Sistan-Bəlucistan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 77 nəfər həlak olub, 1076 nəfərdən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN