AKP bələdiyyə seçkilərində öndədir

AKP bələdiyyə seçkilərində öndədir

GünAz TV: Türkiyədə keçirilən bələdiyyə seçkilərində artıq 99,01% bülleten hesablanıb.

 

“Qafqazinfo” bildirir ki, nəticələrə əsasən, hakim partiya AKP 44,42% səslə öndədir.

 

Hazırda əsas mübarizə paytaxt İstanbulda gedir. Belə ki, bir sıra şəhərlərdə nəticələr açıqlansa da, İstanbulla bağlı yekun rəy yoxdur.

 

Son məlumata görə, Cümhur İttifaqının namizədi Binəli Yıldırım 48.70 faiz səslə, 48, 65 faiz səsi olan rəqibi Millət İttifaqının namizədi Əkrəm İmamoğludan irəlidədir.

 

Rəsmi nəticələr Yıldımın qalib gəldiyini göstərsə də, CHP öz namizədinin birinci olduğunu bəyan edib.

 

Qeyd edək ki, AKP-dən sonra İkinci pillədə qərarlaşan CHP 30,07%, İyi Parti 7,46%, MHP 7,25%, HDP 4,22%, Saadet 2,68% 0,93% səs toplayıb.

 

Seçici siyahısında 57 milyon, 93 min 410 nəfərin adı var. Lakin seçici aktivliyi 84,54%-ə çatıb (47 milyon 784 min 882 nəfər).

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN