Ali Məsləhət Şurasında “Palermo” müzakirələri nəticəsiz qalıb

Ali Məsləhət Şurasında “Palermo” müzakirələri nəticəsiz qalıb

GünAz TV: İranın Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Konvensiyaya qoşulması ilə bağlı keçirilən səsvermə layihəsi təxirə düşüb.

 

Layihənin bu gün Ali Məsləhət Şurasının toplantısında səsverməyə qoyulacağı gözlənsə də, İran KİV-lərinin yaydıqları məlumatlara əsasən, “layihənin lehinə və əleyhinə olanların sayı çox olduğundan”, aparılan müzakirələr nəticəsiz qalıb. Bu səbəbdən səsvermə Şuranın gələn iclasına qədər təxirə salınıb.

 

Digər tərəfdən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu İrana fevral ayının sonuna qədər bu Qrupun qara siyahısına daxil olmamaq üçün nəzərdə tutulan layihələri qəbul etməklə bağlı vaxt verib.

 

Amerika Birləşmiş Ştatları və bəzi Qərb dövlətləri tərəfindən terrorizmi himayə etməkdə günahlandırılan İran Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Maliyyə Qrupunun qara siyahısından çıxmaq üçün bir sıra addımlar atmalı və nəzərdə tutulan layihələri qəbul etməlidir. Həsən Ruhani hökuməti bu layihələrin qəbul edilməsini istəsə də, ölkə daxilində bir çox rəsmilər buna qarşıdır.

 

Hətta bir neçə ay əvvəl xarici işlər naziri Məhəmmədcavad Zərif bildirmişdi ki, çirkli pulların yuyulmasına qarşı qəbul edilmək üçün irəli sürülən layihələri dəstəkləməyən iranlı rəsmilər özləri bu cür fəaliyyətlərlə məşğuldurlar və ölkədə böyük pul yuma əməliyyatları icra edilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN