Almaniya Hizbullahın bu ölkədə fəaliyyətini tamamilə qadağan edəcək

Almaniya Hizbullahın bu ölkədə fəaliyyətini tamamilə qadağan edəcək

GünAz TV: Almaniyanın yaxın günlərdə İran tərəfindən maliyyələşdirilən Hizbullah yaraqlı dəstəsinin bu ölkədə bütün fəaliyyətlərinə qadağa qoyacağı gözlənilir.

 

“Der Spiegel” qəzetinin yaydığı məlumata əsasən, bu xüsusda ilk qərar Almaniyanın Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirlərinin ötən həftə keçirilən iclasında qəbul edilib. Lakin məsələ ilə əlaqəli yekun qərarın gələn həftə keçiriləcək Nazirlər Kabinetinin iclasından sonra açıqlanacağı deyilir.

 

Əgər qərar qəbul edilsə, bundan sonra Almaniya Hizbullaha PKK və DAİŞ terror təşkilatlarına qarşı davandığı kimi münasibət sərgiləyəcək.

 

Qəzet qeyd edir ki, Amerika Birləşmiş Ştatlarının Almaniyadakı səfiri Riçard Qrenel həmişə rəsmi Berlini Hizbullah terror təşkilatının bu ölkədəki fəaliyyətlərinin qarşısını almağa çağırıb.

 

Qeyd etmək lazımdır ki, Avropa Birliyi təkcə Hizbullahın hərbi qanadının öz üzvlərinin ərazisində fəaliyyətini qadağan edib. Hizbullahın Aİ-yə daxil olan ölkələrdə fəaliyyətinin tamamilə qadağan edilməsi məsələsi gündəmə gələndə Fransa hər zaman buna qarşı çıxıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN