Almaniya ordusunda İrana casusluq etdiyinə görə həbs edilən tərcüməçinin məhkəmə prosesi başlayıb

Almaniya ordusunda İrana casusluq etdiyinə görə həbs edilən tərcüməçinin məhkəmə prosesi başlayıb

GünAz TV: Almaniya ordusunda tərcüməçi və müşavir kimi çalışan, İran xüsusi xidmət orqanlarına casusluq etdiyi üçün ittiham edilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi bu gün başlayıb.

 

Almaniya polisi həmin şəxsin haqqında yalnız 51 yaşı olduğunu və adının Əbdülhəmid olduğunu deyib. Onun barədə digər məlumat verilmir.

 

Xatırladaq ki, ötən ilin yanvar ayının sonlarında Almaniya bu ölkənin ordusunda dil və mədəniyyət müşaviri kimi çalışan şəxsin İran xüsusi xidmət orqanlarına casusluq ittihamı ilə məsuliyyətə cəlb edildiyi barədə məlumat yaymışdı.

 

Əfqan əsilli olduğu deyilən həmin şəxs Almaniyanın qərbində, Reynland şəhərində saxlanmışdı. Onun 40 yaşlı həyat yoldaşı da eyni ittihamla üzləşsə də, hələ ki, azadlıqdadır.

 

“Der Spiegel”in bir müddət əvvəl yaydığı məlumatda Ədbülhəmidin ETTELAAT Nazirliyinə məlumat ötürdüyü qeyd edilirdi. Qəzet həmçinin müttəhimin Almaniya ordusunun Əfqanıstana ezam etdiyi hərbçilər və digər bu kimi həssas məlumatlardan xəbərdar imiş.

 

Bağlı qapılar arxasında keçirilən məhkəmənin mart ayının 31-nə qədər davam edəcəyi gözlənilir.

 

Digər tərəfdən, Əbdülhəmidin həbs edilməsindən bir müddət öncə İranın Almaniyadakı səfirliyinin əməkdaşı Əsədullah Əsədi də saxlanmışdı. O, İran rejiminin müxaliflərindən olan təşkilatlardan birinin Fransada keçirəcəyi toplantıda terror aktı törətməyi planlaşdırdığına görə tutulmuşdu.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN