Almaniya ordusunun İrana casusluq ittihamı ilə tutulmuş tərcüməçisi həbsə məhkum edilib

Almaniya ordusunun İrana casusluq ittihamı ilə tutulmuş tərcüməçisi həbsə məhkum edilib

GünAz TV: Almaniya məhkəməsi İrana casusluq edən bu ölkənin ordusunda tərcüməçi kimi işləyən Əfqanıstan vətəndaşını 6 il 10 ay həbsə məhkum edib.

 

Yerli media orqanlarında yayılan məlumatlara əsasən, 51 yaşı olan Əbdülməcid S. adlı Əfqanıstan vətəndaşı Almaniya ordusunda tərcüməçi və mədəniyyət sahəsində müşavir kimi çalışdığı dövrdə məxfi məlumatları İran tərəfə ötürüb.

 

Koblenz şəhər məhkəməsində qapalı keçirilən proses zamanı onun Almaniya Əfqanıstan vətəndaşlığı olan həyat yoldaşı Asiya S. də Ədbülməcidlə əlbir olduğuna görə, 10 ay şərti azadlıqdan məhrum edilib.

 

Almaniya qaydalarına əsasən, xəyanət ittihamı ilə həbs edilənlər azı 15 il həbsə məhkum edilirlər. Lakin bu iki şəxs öz cinayətlərini etiraf etdiklərindən, eləcə də əvvəllər məhkumluqları olmadığından, onlara daha az həbs cəzası verilib.

 

Xatırladaq ki, 2019-cu ilin yanvar ayının sonlarında Almaniya bu ölkənin ordusunda dil və mədəniyyət müşaviri kimi çalışan şəxsin İran xüsusi xidmət orqanlarına casusluq ittihamı ilə məsuliyyətə cəlb edildiyi barədə məlumat yaymışdı.

 

“Der Spiegel”in bir müddət əvvəl yaydığı məlumatda Ədbülməcidin ETTELAAT Nazirliyinə məlumat ötürdüyü qeyd edilirdi. Qəzet həmçinin müttəhimin Almaniya ordusunun Əfqanıstana ezam etdiyi hərbçilər və digər bu kimi həssas məlumatlardan xəbərdar olduğunu bildirirdi.


Digər tərəfdən, Əbdülməcidin həbs edilməsindən bir müddət öncə İranın Almaniyadakı səfirliyinin əməkdaşı Əsədullah Əsədi də saxlanmışdı. O, İran rejiminin müxaliflərindən olan təşkilatlardan birinin Fransada keçirəcəyi toplantıda terror aktı törətməyi planlaşdırdığına görə tutulmuşdu.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN