Almaniyada İran əsilli yeniyetmə qətl törətmək məqsədi ilə silah əldə etdiyi üçün həbs edilib

Almaniyada İran əsilli yeniyetmə qətl törətmək məqsədi ilə silah əldə etdiyi üçün həbs edilib

GünAz TV: Almaniya polisi aprelin 2-də İran əsilli 18 yaşlı vətəndaşın həbs edildiyi barədə məlumat yayıb.

 

Məlumata əsasən, bu şəxs bir neçə şəxsi öldürmək üçün gizli internet şəbəkələrindən silah almağa çalışırmış. Bu barədə polisə məlumat daxil olduqdan sonra yaradılmış xüsusi əməliyyat qrupu Visbaden şəhərində İran əsilli vətəndaşı alladaraq, ona saxta silah verib. Bundan sonra isə o həbs edilib.

 

Polisin məlumatına görə, həbs edilən şəxs sağçı cərəyanların təsirinə düşüb, eləcə də ciddi psixoloji problemlərdən əziyyət çəkir.

 

Həbs edilən şəxsin kimliyi barədə digər detallar açıqlanmayıb. Şübhəli polisə verdiyi ifadə zamanı silahı ətrafında onu incidən insanları öldürmək üçün əldə etməyə çalışdığını etiraf edib.

 

Qeyd etmək lazımdır ki, 3 il əvvəl Almaniya vətəndaşı olan 18 yaşlı İran əsilli yeniyetmə Münhen şəhərində odlu silahla 9 nəfəri qətlə yetirdikdən sonra özünü öldürmüşdü.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN