Almaniyada kürdlərlə toqquşmalarda azı 15 polis xəsarət alıb

Almaniyada kürdlərlə toqquşmalarda azı 15 polis xəsarət alıb

GünAz TV: Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma nəticəsində azı 15 asayiş keşikçisi xəsarət alıb. onlardan 3-nün vəziyyəti ağırdır.

 

Məlumata görə, məhkəmənin bir gün əvvəl aksiyada PKK terror təşkilatının lideri Abdulla Ocalanın şəklinin nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, etirazçılar terrorçuların başçısının rəsminin əks olunduğu  bayraq və ya bannerlər qaldırıblar.   

 

APA-nın “Spiegel”ə istinadən verdiyi xəbərə görə, Kürdlər aksiyanı dağıtmağa cəhd edən polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb.    

 

Xatırladaq ki, kürdlər sentyabrın 16-da  Köln şəhərində icazəli  etiraz aksiyası keçiriblər. Almaniyanın Ankaradakı səfiri bununla əlaqədar Türkiyə XİN-ə çağırılmışdı.  

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN