Almaniyanın “DHL Express” yükdaşıma şirkəti İranla əməkdaşlığını dayandırıb

Almaniyanın “DHL Express” yükdaşıma şirkəti İranla əməkdaşlığını dayandırıb

GünAzTV: Almaniyanın “DHL Express” yükdaşıma şirkəti bəyanat yayaraq, İrana bütün xidmətlərini dayandırması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

 

“DHL” poçt və yükdaşıma şirkətinin rəsmiləri dekabrın 21-də jurnalistlərə açıqlamalarında bildiriblər ki, şirkət son aylar İrana göndərilən və ya İrandan alınan yük bağlamalarının sayının xeyli azalmasını nəzərə alaraq, Tehranla əməkdaşlığa son qoymaq qərarına gəliblər.

 

Həmçinin, “DHL” şirkətinin Çexiya Respublikasındakı filialı yaydığı bir bəyanatda bildirib ki, bu şöbə, 5 ay əvvəldən başlayaraq İrana göstərdiyi xidmətləri tamamilə dayandırıb.

 

Bəyanatda, İrana poçt və yükdaşıma xidmətlərinin dayandırılmasının əsas səbəbi açıqlanmasa da, şirkətin Tehranla əməkdaşlığına son qoyması, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirildiyi təxmin edilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN