Almaniyanın “Dürr” şirkəti də İranla əməkdaşlığını dayandırdı

Almaniyanın “Dürr” şirkəti də İranla əməkdaşlığını dayandırdı

GünAzTV: Almaniyanın avtomobil istehsalçısı olan “Dürr” şirkəti İranla əməkdaşlığını dayandıraraq, Tehranla bağladığı müqaviləni ləğv edib.

 

Avqustun 11-də “Röyters” agentliyinə açıqlama verən “Dürr” şirkətinin prezidenti bildirib ki, Tehranla imzaladıqları müqaviləni ləğv etmələrinin səbəbi Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyaları və Tehranla əməkdaşlıq edən xarici şirkətlərə xəbərdarlığı ilə əlaqədardır: “Bizim şirkət İranla ticarət əlaqələrinə ötən ildən başlamışdı. Lakin biz hazırkı durumu nəzərə alaraq bu əməkdaşlığı dayandırmaq qərarına gəldik”.

 

Xatırladaq ki, son günlər eyni səbəbə görə, Almaniyanın məşhur avtomobil istehsalçısı olan “Daimler” (“Mercedes-Benz”) şirkəti, eləcə də bu ölkənin tunelqazma maşınlarının istehsalı sahəsində fəaliyyət göstərən nəhəng “Herrenknecht” şirkəti də İranla əməkdaşlığını dayandırıb.

 

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN