Almaniyanın Tehrandakı səfiri ölkəsinin Gülüstan və Mazandaranda seldən əziyyət çəkən əhaliyə yardım etməyə hazır olduğunu bildirib

Almaniyanın Tehrandakı səfiri ölkəsinin Gülüstan və Mazandaranda seldən əziyyət çəkən əhaliyə yardım etməyə hazır olduğunu bildirib

GünAz TV: Almaniyanın Tehrandakı səfiri Mixayıl Klor Berştold Gülüstan və Mazandaranda sel nəticəsində yaxınlarını, eləcə də evlərini itirən insanlara baş sağlığı verərək, ölkəsinin bu vilayətlərin əhalisinə yardım etməyə hazır olduğunu deyib.

 

Səfir bununla bağlı “Twitterdə” yazdığı statusda qeyd edib ki, Almaniyan yaxınlarını və evlərini itirən şəxslərlərin dərdlərinə şərik çıxır və zəruri yardımları etməyə hazırdır.

Qeyd etmək lazımdır ki, son günlər ərzində İranın bir çox vilayətində baş vermiş güclü daşqınlar nəticəsində bir neçə insan ölüb, evlərə və təsərrüfatlara ciddi zərər dəyib. İran rəsmiləri isə məsələyə biganə yanaşırlar və xalqa lazım olan köməklər edilmir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN