Ameika konqresmeni Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bəyanat verib

Ameika konqresmeni Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bəyanat verib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Respublikaçı – Ohayo) 24 may 2018-ci il tarixli iclasda bəyanatla çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə öz təbriklərini çatdırmışdır.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Respublikası öz müstəqilliyini elan edib. Bolşeviklərin Azərbaycanı işğalı və ölkənin sonradan Sovet İttifaqına birləşdirilməsi ilə bu müstəqilliyin qısa müddət davam etməsinin faciə olduğu qeyd edilib. Buna baxmayaraq, Azərbaycan xalqının Sovet işğalından azad olmaq arzusunu heç zaman itirmədiyi, SSRİ-nin (Şurəvi) dağılması ilə, Azərbaycanın bir daha 1991-ci ildə öz müstəqilliyini elan etdiyi vurğulanıb. ABŞ-ın hər iki dövrdə Azərbaycanın müstəqilliyini tanıdığı bəyanatda bildirilib.

 

Azərbaycanın 2002-ci ildə NATO-nun Əfqanıstan əməliyyatlarına qətiyyətli dəstək verməklə, ABŞ-ın əsas təhlükəsizlik tərəfdaşı olduğunu sübut etdiyi qeyd olunub. Azərbaycanın ABŞ-ın yaxın müttəfiqi olan İsrail ilə 25 ildən çox müddət ərzində diplomatik münasibətlərə malik olduğu, Azərbaycanda firavanlıq içində yəhudi icmasının yaşadığı diqqətə çatdırılıb.

 

Azərbaycanın enerji sektorunda lider ölkə olduğu, Avropada ABŞ müttəfiqləri üçün Xəzər Dənizindən təbii qazı daşıyacaq Cənub Qaz Dəhlizini irəlilətdiyi və enerji təchizatının bu diversifikasiyasının Avropanın Rusiyadan olan asılılığını azaldacağı bəyanatda qeyd olunub.  Bununla yanaşı, Azərbaycanın İsrailin enerji idxalının 40 faizini təmin etdiyi vurğulanıb.

 

Bəyanatın sonunda, Azərbaycanın ABŞ-ın əsl dostu olduğu bildirilib və Azərbaycan Respublikası müstəqilliyinin 100 illik yubileyi münasibətilə tərənnüm edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN