Amerik Dövlət Departamenti: “İranın yerli istehsal kimi təqdim etdiyi hərbi təchizatların hamısı saxtadır”- Film

Amerik Dövlət Departamenti: “İranın yerli istehsal kimi təqdim etdiyi hərbi təchizatların hamısı saxtadır”- Film

GünAz TV: “Sepah” terror təşkilatının baş komandanının müşaviri Murtuza Qurbani mayın 25-də jurnalistlərə verdiyi açıqlamada ölkəsinin "2 gizli silahla ABŞ gəmilərini batıra biləcəyini" iddia etmişdi.

 

O, həmçinin bu silahların yerli istehsal olduğu, eləcə də ölkəsinin silah istehsalında “xeyli qabağa getdiyi”ndən ağız dolusu danışmışdı.

 

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təmas Qrupu “Twitter” sosial şəbəkəsində ərəb dilində fəaliyyət göstərən rəsmi səhifəsində “İranın saxta silahları” adlı video paylaşaraq, “Sepah” komandanının müşavirinin fikirlərinə münasibət bildirib.

 

Videoda deyilir: “Yeni döyüş təyyarəsi? Yerli istehsal olan döyüş helikopterləri? İran xarici ölkələrdən aldığı hərbi təchizatları yerli istehsal və məxfi adlandırmaqla, onları gizlədir və bununla da öz vətəndaşlarını alladır. Hansı ki, bu silahların heç biri yerli istehsal deyil.”

 

Video ilkin olaraq İranın son dövrlər yerli istehsal adı ilə təqdim etdiyi “Qahir 313” qırıcısının görüntüləri ilə başlayır. Təmas Qrupu bu döyüş təyyarəsinin üzərində “heç vaxt uçmayan oyuncaq” yazıb. Prezident Həsən Ruhaninin də iştirakı ilə baş tutan "Qahir 313" qırıcısının təqdimat mərasimindən sonra məlum oldu ki, bu qırıcı Amerikanın "F-5" döyüş təyyarəsinin eynisidir.

 

Daha sonra bir neçə il əvvəl İranın yerli istehsal olduğunu iddia etdiyi hava hücumundan müdafiə sisteminin görüntüsü göstərilir. İran iddia edir ki, “bu yerli istehsal olan hava hücumundan müdafiə sistemi raket və pilotsuz uçan aparatları vurmağa qadirdir”. Təmas Qrupu həmin sistemin üzərində yazıb: “Diqqətlə baxdıqda, görmək olar ki, bu, ötən əsrin 60-cı illəri ərzində Avstriyanın Oerlikon şirkəti tərəfindən o dövrün texnologiyası əsasında istehsal edilmiş Sky Guard sistemidir.”

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN