Amerika bin Ladenin oğlunun başına 1 milyon dollar mükafat qoydu

Amerika bin Ladenin oğlunun başına 1 milyon dollar mükafat qoydu

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Üsamə bin Ladenin oğlu Həmzənin olduğu yer barədə məlumat verənə 1 milyon dollar pul mükafatı vəd edib.

 

Birləşmiş Ştatlar onu “Əl-Qaidə” terror hərəkatının liderlərindən biri hesab edir.

 

Bununla bağlı Dövlət Departamentinin saytında xüsusi məlumat yerləşdirilib.

 

Dövlət Departamenti Həmzə bin Ladenin 2015-ci lin avqustundan audio və video müraciətlərlə öz tərəfdarlarını ABŞ və onun qərbli müttəfiqlərinə hücum etməyə, atasının intiqamını almağa çağırdığını bildirib.

 

Qurumun verdiyi xəbərə görə, kiçik bin Laden elə həmin ildən “Əl-Qaidə”yə rəsmi olaraq qoşulub və onun rəhbərlərindən birinə çevrilib.

 

2017-ci ildə isə ABŞ ona qarşı xüsusi sanksiya tətbiq edib.

 

Xatırladaq ki, Həmzənin atası Üsamə bin Ladenin də başına vaxtilə 50 milyon dollar pul qoyulmuşdu. 2011-ci ildə ABŞ ordusu onu Pakistanda məhv etməyə nail olub.

 

Həmin vaxt bin Ladenin evində tapılan yazıda, terror təşkilatı rəhbərinin tərəfdarlarından oğlunu qorumağı və onu Qətərdə başqa bir adla oxutmağı əmr etdiyi ortaya çıxmışdı. Musavat.com

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN