GünAz TV: Amerika Birləşmiş Ştatları Birləşmiş Millətlər Təşkilatının iclasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifə viza verməyib.
Bundan öncə, 2019-cu ildə ABŞ Zərifə qarşı “dini liderin birbaşa və dolayısı yolla nümayəndəsi olması” və “ona xidmət etməsi”nə görə sanksiya tətbiq etmişdi.
Zərif bir neçə həftə öncə yanvarın 9-u keçiriləcək BMT-nin toplantısında iştirak etmək üçün ABŞ-a vizaya görə müraciət edibmiş.
Rəsmi Vaşinqton bu qərarın səbəbini Cavaz Zərifin ABŞ və BMT arasında 1947-ci ildə xarici dövlət nümayəndələrinə viza verilməsi ilə bağlı imzalanmış anlaşmanın müddəalarını pozması ilə əlaqələndirib.
Qeyd etmək lazımdır ki, Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-la İran arasındakı gərginlik son dərəcə yüksəlib. Ekspertlər tərəflər arasında müharibə riskinin hər zamankından daha yüksək olduğunu bildirirlər.
Ə.A