Amerika Dövlət Departamenti futbol azarkeşi Səhər Xudayarinin ölümündən təssüfləndiyini bildirib

Amerika Dövlət Departamenti futbol azarkeşi Səhər Xudayarinin ölümündən təssüfləndiyini bildirib

GünazTV: Amerika Dövlət Departamentinin sözçüsü Morgan Ortagus sentyabrın 12-də “Twitter” səhifəsində yaydığı bir yazıda İran rejiminin qadınlara qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq özünü yandıran gənc futbol azarkeşi Səhər Xudayarinin ölümündən təəssüfləndiyini bildirib.

 

Yazıda bildirilir ki, Amerika Birləşmiş Ştatları İran xalqının islam respublikasına qarşı mübarizəsini dəstəkləyir: “Biz İran rejiminin idman olayları ilə bağlı qadınlara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinə etiraz əlaməti olaraq özününü yandırmış Səhər Xudayarinin (Mavi qız) ölüm xəbərini eşitdikdən sonra qəmlənib, hiddətlənmişik. Biz İran xalqının repressiv islam respublikasına qarşı mübarizəsini dəstəkləyirik” –deyə ABŞ-ın Dövlət Departamentinin sözçüsü Morgan Ortagus “Twitter”də paylaşdığı yazıda əlavə edib.

 

Xatırladaq ki, İranın “İstiqlal” futbol komandasının tərəfdarlarından olan 29 yaşlı Səhər Xudayari bir neçə vaxt əvvəl Tehranın “Azadi” stadionunda keçirilən futbol oyununa tamaşa etmək üçün stadiona daxil olarkən saxlanmış və barəsində cinayət işi açılmışdı. O, barəsində 6 ay həbs qərarının çıxarıldığını eşitdikdən sonra Tehranda özünə qəsd edərək yandırmışdı. Gənc qızın Tehranın Mütəhhəri xəstəxanasında öldüyü barədə sentyabrın 9-da məlumat yayılıb. Qızın ölümü isə, İranda əhalinin kəskin narahatlığına səbəb olub.

 

Səhər Xudayari (Mavi qız)

 

Qeyd edək ki, Səhər Xudayari, Tehranın “İstiqlal” futbol komandasının forma rənginə uyğun olaraq sosial şəbəkələrdə “Mavi qız” adı ilə məşhurlaşıb.

 

Səhər Xudayari (Mavi qız) xəstəxanada

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN