Amerika Dünya Bankının toplantısına gedəcək İranın İqtisadiyyat nazirinin başçılıq etdiyi heyətə viza verməyib

Amerika Dünya Bankının toplantısına gedəcək İranın İqtisadiyyat nazirinin başçılıq etdiyi heyətə viza verməyib

GünAz TV: Amerika Birləşmiş Ştatları Dünya Bankının iclasında iştirak edəcək İranın İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətinə viza verməyib.

 

Nəticədə İranın İqtisadiyyat naziri Fərhad Dejpəsənd səfəri ləğv etməyə məcbur olub. O, bununla bağlı Bankın prezidenti Devid Malpasa etiraz məktubu ünvanlayıb.

 

Yayılan məlumatlara əsasən, İranın nümayəndə heyətinə Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinin rəsmiləri daxil imiş.

 

Qeyd etmək lazımdır ki, sentyabr ayında ABŞ-ın Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün yola düşəcək İran prezidenti Həsən Ruhaninin başçılıq etdiyi nümayəndə heyətinə də viza verməməsi barədə məlumatlar yayılmışdı. Lakin bir müddətdən sonra Donald Tramp İran nümayəndə heyətinə tədbirə qatılmağa icazə verdiyini və vizaların təqdim ediləcəyini bildirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN