Amerika ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir

Amerika ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir

GünAz TV: Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir.

 

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

 

Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub.

 

NATO-da olduğu kimi, alyansın hər hansı  üzvünə hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN