Amerika hökuməti İrana səsləndi: “Musəvi, Rəhnəvərd və Kərrubini dərhal azad edin”

Amerika hökuməti İrana səsləndi: “Musəvi, Rəhnəvərd və Kərrubini dərhal azad edin”

GünAzTV: Amerika Dövlət Departamenti fevralın 14-də bəyanat yayaraq rəsmi Tehrandan 6 ildir ev dustaqlığında saxladığı “yaşıl hərəkat” liderləri Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubini dərhal azadlığa buraxmağını tələb edib.

 

Bəyanatda bildirilir ki, İslam Respublikasındakı mövcud durumu tənqid edən “yaşıl hərəkat” liderlərinin məhkəmə qərarı olmadan ev dustaqlığında saxlanılması, İranın da qarşısında öhdəlik götürdüyü beynəlxalq qanunlara zidd addımdır: “Biz də dünya birliyinə qatılaraq “yaşıl hərəkat” liderlərinin məhkəmə qərarı olmadan əsassız ittihamlarla həbsdə saxlanılmasını kəskin pisləyir, onların və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik”.

 

Qeyd edək ki, İrandakı “yaşıl hərəkat”ın liderləri Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvər və fəaliyyətinə qadağa qoyulmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə və baş vermiş geniş saxtajkarlığa qarşı kütləvi etirazlardan bir neçə ay sonra tutulub. 2010-cu ilin fevral ayında (bəhmən ayında) həbs edilən müxalif liderlər, bu günə qədər ETTELAAT-ın nəzarətində olan ev dustaqlığında saxlanılır.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN