Amerika: “İran beynəlxalq terrorizmin əsas və ən böyük himayədarı olaraq qalır”

Amerika: “İran beynəlxalq terrorizmin əsas və ən böyük himayədarı olaraq qalır”

GünAzTV: ABŞ Dövlət Departamenti iyulun 19-da dünyada terrorizmlə bağlı illik hesabatını yayıb. Bəyanat, terrorizmlə bağlı vəziyyətin 2016-cı ilini əhatə edir.

 

Bəyanatda bildirilir ki, İran İslam Respublikası əvvəlki illərdə olduğu kimi beynəlxalq terrorizmə dəstək verən ölkələr arasında liderliyini qoruyub saxlayır: “İran hələ də dünyada beynəlxalq terrorizmin əsas və ən böyük himayədarı olaraq qalır. İran, 2016-cı ildə dövlət terrorizminin himayədarı kimi öz rolunu qoruyub saxlayıb.

 

Anti-İsrail qruplaşmalara dəstək verən İran İslam Rspublikası, Livan “Hizbullah”ının hərbi və maliyyə baxımdan ehtiyaclarını təmin edən əsas ölkədir və həmin qruplaşmanın minlərlə döyüşçüsü məhz İranda “Sepah” ın nəzarətində hərbi təlim keçiblər. “Sepah” və onun “Qüds” qanadı xarici ölkələrdə terrorçulara dəstək verir, onları yetişdirir, İraq, Suriya, Yəmən və Qəzzə zolağında baş verən münaqişələrə müdaxilə edərək bölgənin sabitliyinin pozulmasında mühüm rol oynayır.

 

İran həmçinin Əfqanıstan və Pakistandan olan şiə yaraqlılarına maliyyə dəstəyi göstərərək, onları vətəndaşlıq, pul və digər vədlər qarşılığında Suriyaya getməyə vadar edir, onların Bəşər Əsəd rejiminin müxaliflərinə qarşı repressiyalarında rol oynamasıına şərait yaradır.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN