Amerika: “İran, gəmilərin körfəz sularında sərbəst hərəkətinə təhlükə yaradır”

Amerika: “İran, gəmilərin körfəz sularında sərbəst hərəkətinə təhlükə yaradır”

GünAzTV: Amerikanın körfəzdəki dəniz qüvvələrinin komandanları martın 22-də bəyanat yayaraq İran qayıqlarının ABŞ-ın Hörmüz boğazındakı hərbi gəmilərinin sərbəst hərəkətinə qarşı növbəti təhrikçi addımı barədə xəbərdarlıq edib.

 

Hadisə ilə bağlı jurnalistlərə açıqlama verən amerikalı admiral Kennet Vaytsel (Kenneth Whitesell) deyib ki, ABŞ-ın George H.W. Bush adını daşıyan hərbi gəmisi martın 21-də Hörmüz boğazından keçərkən İranın iki sürət qayığı ilə üzləşib: “Bu gəmi, Danimarka və Fransadan olan daha 5 gəmi ilə birlikdə İraqda və Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlara yardım göstərmək məqsədilə Hind okeanından körfəzə doğru hərəkət edirdi. Lakin İran qayıqları Amerika hərbi gəmisinin 870 metrliyinə çatandan sonra hərbi helikopterlərimiz səmaya qalxaraq onların üzərində uçmağa başladı. Məhz bundan sonra İran qayıqları hər hansı bir insident baş vermədən hadisə yerindən uzaqlaşdılar.

 

Bizim gəmilər beynəlxalq sularda hərəkət edirdi. Səmadan çəkilmiş şəkillər və video-lentlər isə, İran qayıqlarında olan əsgərlərin silahlarını atəşə hazırlamağa başladığı görünür”.

 

Həmçinin hadisəni jurnalistlərə şərh edən ABŞ-ın “George H.W. Bush” hərbi gəmisinin komandanı Vil Peninqton (Will Pennington) bildirib ki, İran qayıqlarının bu hərəkəti primitiv, təhrikçi və qeyri-peşəkar addım olub: “İran dəniz qüvvələrinin rəftarını əvvəlcədən proqnozlaşdırmaq daha çətinləşib. Onların, bizim kim olduğumuzu və niyyətimizi öyrənməyə çalışmağa haqqı var. Lakin problem, onların qeyr-peşəkar davranış davranışı və hərəkətidir. Bu isə gəmilərin körfəz sularında sərbəst hərəkətinə təhlükə yaradır. Bu, həm də bizim vəziyyətlə bağlı mühasibələrimizdə səhvə yol verilməsinə və hərbi qarşıdurmağa gətirib çıxarılmasına səbəb ola bilər”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN