Amerika İran neftini Suriyaya nəql edən İran-rus şəbəkəsinə sanksiya qoyub

Amerika İran neftini Suriyaya nəql edən İran-rus şəbəkəsinə sanksiya qoyub

GünAzTV: ABŞ Maliyyə Nazirliyi noyabrın 20-də bəyanat yayaraq, İran neftinin Suriyaya nəqli sahəsində fəaliyyət göstərən, “Sepah”ın “Qüds” qanadını maliyyə baxımından təmin edən və Livan “Hizbullah”ı ilə “Həmas”a yardım edən bir İran-rus şəbəkəsinə sanksiya qoyduğunu bildirib.

 

Nazirliyin bəyanatında bildirilir ki, həmin şəbəkə ilə əməkdaşlıq edən Hüseyn Yaqubi Miyab və Rəsul Səccad adlı iki İran vətəndaşına, İranın “Tədbir Kiş” şirkətinə, eləcə də Rusiyanın “Global Vision Group” şirkətinə və onun suriyalı icraçı direktoru Məhəmməd Amer əl Şoykiyə sanksiya qoyub.

 

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin jurnalistlərə açıqlamasında tətbiq edilən yeni sanksiyalardan danışaraq, ona münasibət bildirib: “Bu gün biz, İranla Rusiyanın mürəkkəb bir planına qarşı hərəkətə keçirik. Çünki həmin mürəkkəb plandan Əsəd rejiminin gücləndirilməsində, İranın regional şər fəaliyyəti üçün gəlir  mənbəyi yaradılmasında istifadə edilir.

 

İran Mərkəzi Bankının rəsmiləri beynəlxalq bank sistemindən sui-istifadə etməyi davam etdirir, bunun üçün müxtəlif şirkətlərdən istifadə edirlər. Bunun isə qarşısı alınmalıdır”.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN