Amerika İrandan neft idxalını davam etdirən Çin şirkətinə sanksiya qoyub

Amerika İrandan neft idxalını davam etdirən Çin şirkətinə sanksiya qoyub

GünazTV: Amerikanın Maliyyə Nazirliyi iyulun 22-də özünün rəsmi saytında bəyanat yayaraq, beynəlxalq sanksiyaları pozaraq İrandan neft idxalını davam etdirən Çinin “Zhuhai Zhenrong” şirkətinə və onun müdiri xanım Youmin Li-yə sanksiya qoyduğunu bildirib.

 

Bəyanatın yayılmasından az əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında deyib ki, Vaşinqton, Amerika Birləşmiş Ştatları İranla ticarət qoyduğu qadağaları pozduğuna görə, Çin şirkətinə və onun müdirinə sanksiya qoymaq qərarına gəlib: “Biz dəfələrlə bildirmişik ki, məhdudiyyətlərə riayət etməyən, bu kimi davrananlara sanksiya qoyacağıq. Bu işdə biz ciddiyik.

 

Biz İran ayətullahlarına əlavə pul çatdırılmasına və bunun nəticəsində Amerika əsgərlərinin, dənizçilərin və hava qüvvələrinin həyatının təhlükəyə məruz qalmasına dözə bilmərik. Bu isə bizim üçün mühüm məsələdir” –deyə dövlət katibi Mayk Pompeo əlavə edib.

 

Amerikanın dövlət katibi Mayk Pompeo

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN