Amerika İranın 9 fiziki və hüquqi şəxsinə sanksiya qoyub, Birləşmiş Ərəb Əmirlikləri isə həmin şəxsləri qara siyahıya salıb

Amerika İranın 9 fiziki və hüquqi şəxsinə sanksiya qoyub, Birləşmiş Ərəb Əmirlikləri isə həmin şəxsləri qara siyahıya salıb

 GünAzTV: ABŞ Maliyyə Nazirliyi mayın 10-da bəyanat yayaraq, beynəlxalq terrorizmə dəstək verdiklərinə, eləcə də “Sepah”ın “Qüds” qanadını qanunsuz yollarla xarici valyuta ilə təmin etdiklərinə görə İranın 9 fiziki və hüquqi şəxsinə sansiya qoyub.

 

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, 6 İran vətəndaşı, Miqdad Əmini, Məhəmməd Həsən Xudai, Səid Nəcəfpur, Məsud Nikbəxt, Fuad Salehi, Məhəmmədrza Xidməti Vələdzaqred, eləcədə 3 İran şirkəti, (“Cahan Ərəs Kiş”, “Məhəmmədrza Xidməti və şəriklərinin Koorporasiyası” və “Raşid” sərrafisi) şirkətlərinə sanksiya tətbiq edilib. 

 

Amerikanın maliyyə naziri Stiven Mnuçin jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslər və şirkətlər, böyük bir valyuta şəbəkəsinin tərkibində fəaliyyət göstərərək,  “Sepah”ı və onun “Qüds” qanadını maliyyə baxımdan təmin edərək terrorizmə dəstək veriblər: “Bu şəbəkə, yüzlərlə milyon dolları digər valyutalara çevirərib və İranın Mərkəzi Bankı da bu işdə onlarla əlbir olub. İran rejimi və onun Mərkəzi Bankı, Birləşmiş Ərəb Əmirliklərinin təşkilat və qurumlarından sui-istifadə ediblər və Amerika dolları əldə edərək, bölgədə şər hədəflər uğrunda dağıdıcı fəaliyyətlər aparan “Sepah”ın “Qüds” qanadını maliyyə baxımdan təmin ediblər.

 

Stiven Mnuçinin açıqlamasının ardınca, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qoyulan və “Sepah”ın “Qüds” qanadına yardım edən İranın həmin 9 fiziki və hüquqi  şəxsinin adlarını, terrorizmə dəstək verən şəxslərin qara siyahısına daxil edib.

 

                               Birləşmiş Ərəb Əmirlikləri

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN