Amerika İranın bir neçə nəqliyyat şirkətinə sanksiya qoyub

Amerika İranın bir neçə nəqliyyat şirkətinə sanksiya qoyub

GünazTV: Amerika hökuməti gizli silah qaçaqmalçılığında və “Sepah” terror təşkilatı ilə əməkdaşlıqda günahlandırılan İranın bir neçə nəqliyyat şirkətinə sanksiya qoyub. İranın “Mahan Air” aviasiya şirkəti barəsində sanksiya qoyulmuş şirkətlər arasındadır.

 

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 11-də jurnalistlərə açıqlama verib.

 

Pompeo bildirib ki, İranın nəqliyyat şirkətləri “Sepah” terror təşkilatının “Qüds” briqadası ilə əməkdaşlıq etdiklərinə və kütləvi qırğın silahlarının daşınmasında rolu olduqlarına görə, Vaşinqtonun sanksiyalarına məruz qalıblar: “Bu şirkətlər İrandan Yəmənə öldürücü silahlar daşıyıblar. İranın pis və aqressiv rəftarında hər hansı bir dəyişiklik əmələ gəlmədiyinə görə, bu ölkəyə qarşı maksimum təzyiq siyasəti davam etdiriləcək” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

“Mahan Air” aviasiya şirkəti ilə yanaşı “Cahan Dərya” şirkətinin icraçı direktoru Əbdülhüseyn Xederi və onunla əlaqədə olan “Gənavə 1” və “Gənavə 2” gəmilərinin adları da Amerikanın sanksiyalar siyahısına daxil edilib.

 

Həmçinin Omanda yerləşən “Dəniz İpək Yolu” şirkəti, Dubayda fəaliyyət göstərən “GATEWICK” aviasiya yükdaşıma xidməti nəqliyyat şirkəti, Honqkongda yerləşən “GOMEİ” hava xidmətləri şirkəti və  “JAHAN DESTINATIONS” turizm şirkəti Amerika hökumətinin sanksiyalarına məruz qalan digər şirkətlərdir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN