Amerika İranın “Mahan Air” aviasiya şirkətinə məxsus sərnişin təyyarələrin İtaliyaya uçaşlarının dayandırılmasını tələb edib

Amerika İranın “Mahan Air” aviasiya şirkətinə məxsus sərnişin təyyarələrin İtaliyaya uçaşlarının dayandırılmasını tələb edib

GünazTV: Oktyabrın 2-də İtaliyaya səfər edən ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında İtaliya hökumətindən İranın “Mahan Air” aviasiya şirkətinə məxsus sərnişin təyyarələrinin bu ölkəyə uçaşlarının dayandırılmasını tələb etdiyini bildirib.

 

Pompeo deyib ki, İranın “Mahan Air” aviasiya şirkəti, adı terrorçu təşkilatlar siyahısına salınan “Sepah”a dəstəklə bağlı bütün fəaliyyətlərdə rol oynayır: “Ümid edirik ki, İtaliya hökuməti Amerika Birləşmiş Ştatlarının bununla bağlı hazırlayıb yaydığı məlumatlara və mövcud gerçəkliklərə diqqətlə yanaşacaq, bu barədə düzgün qərar verəcək” –deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

İtaliyanın hökumətinin rəsmiləri isə bu ölkənin “Mahan Air” aviasiya şirkəti ilə əməkdaşlığı dayandırıb-dayandırmamaq barədə qarşıdan gələn günlərdə qərar veriləcəyini açıqlayıblar.

 

Qeyd edək ki, Amerika ilk dəfə 2011-ci ildə İranın “Mahan Air” aviasiya şirkətini “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” briqadasına xidmət etməkdə, Livana və Suriyaya gizli silah və hərbi qüvvə daşımaqda günahlandıraraq sanksiyalar siyahısına daxil edib. 

 

ABŞ-ın dövlət katibi Mayk Pompeo

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN