Amerika İranın Milli Neft Şirkəti ilə əməkdaşlıq edən 6 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyub

Amerika İranın Milli Neft Şirkəti ilə əməkdaşlıq edən 6 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyub

GünazTV: Amerikanın Maliyyə Nazirliyi yanvarın 23-də bəyanat yayaraq, İranın Milli Neft Şirkəti ilə əməkdaşlıq edən 6 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, sanksiyaya məruz qalan şirkətlər və şəxslər, rəsmi Tehrana, onun neft və neft-kimiya sənayesinə qoyulan sanksiyalardan yan keçməyə yardım ediblər.

 

ABŞ Maliyyə Nazirliyinin qara siyahısına salınan və barələrində sanksiya qoyulan şəxslərdən biri (Əli Bayındırıyan) İran, digəri isə Çin vətəndaşıdır. Həmçinin sanksiyaya məruz qoyulan  şirkətlərdən 4-ü Hong-Kongda, 1-i Çində, digəri isə Bİrləşmiş Ərəb Əmirliklərində qeydiyyata alınıb.

 

Nazirliyin bəyanatında həmçinin bildirilir ki, həmin şirkətlərin və şəxslərin Amerikadakı bütün əmlakına həbs qoyulub, ABŞ vətəndaşlarının onlarla hər hansı bir ticari əlaqəyə girməsinə də qadağa tətbiq edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN