Amerika İranın nüvə fəaliyyətlərinə qarşı yeni məhdudiyyətlər qəbul edib- FOTOLAR

Amerika İranın nüvə fəaliyyətlərinə qarşı yeni məhdudiyyətlər qəbul edib- FOTOLAR

GünAz TV: Amerika Birləşmiş Ştatları maksimum təzyiq siyasəti çərçivəsində mayın 3-ü İranın nüvə fəaliyyətlərinə qarşı yeni məhdudiyyətlər qəbul edib və Rəsmi Tehranla bu sahədə əməkdaşlıq edən ölkələrə sanksiyalara məruz qalmamaq üçün nəzərdə tutduğu 5 istisna haldan 2-sini ləğv edib.

 

Dövlət Departamenti tərəfindən yayılan bəyanatda Mayk Pompeonun adından yazılıb: “İran rejimi regionun stabilliyini pozan və İran xalqının zərəri ilə nəticələnən addımlarına görə cavab verməlidir.”

 

 

 

Yeni məhdudiyyətlərə əsasən, İranla Buşehr atom elektrik stansiyasının böyüdülməsi istiqamətində hər növ əməkdaşlıq sanksiyaların hədəfinə tuş gələ bilər və bu xüsusda qəbul edilmiş 5 istisnadan 2-si tamamilə ləğv edilir, 3 digər istisna isə keçmişdəkinə nisbətən daha az müddətdə uzadılır.

 

 

Müddəti uzadılan 3 hal Avropa İttifaqı, Çin və Rusiyanın İran ilə nüvə sahəsində həmkarlığını əhatə edir. Daha əvvəl bu əməkdaşlığın sanksiyalara məruz qalmadan 180 gün davam etdirilməsinə möhlət verilirdisə, bu dəfə müddət 90 günə endirilib.

 

İstisna kimi nəzərdə tutulmuş iki hal İranla digər ölkələr arasında zənginləşdirilmiş uranla təbii uranın (sarı tort) mübadiləsi, eləcə də ifrat ağır suyun İrandan ixrac edilməsini nəzərdə tuturdu.

 

 

Müxtəlif media qurumlarının məlumatına görə, 2 istisnadan xüsusilə zənginləşdirilmiş uranla təbii uranın mübadiləsinin ləğv edilməsi İrana nüvə fəaliyyətində böyük çətinliklər yaradacaq.

 

Nüvə razılaşmasının müddəalarına əsasən, İran 300 kiloqramdan artıq zənginləşdirilmiş uran depolaya bilməz. Buna görə də, İran depoda artıq olan uranı ölkədən çıxara bilməzsə, ya zənginləşdirməni dayandırmaq, ya da razılaşmanın şərtlərini pozmaq kimi çətin seçimlə üzbəüz qalacaq.

 

Rəsmi Tehran hələ ki, Amerikanın nüvə sahəsində İrana qarşı tətbiq etdiyi bu məhdudiyyətlərə münasibət bildirməyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN