Amerika İranla bağlı Təhlükəsizlik Şurasının qeyri-plenar iclasının çağırılmasını istəyib

Amerika İranla bağlı Təhlükəsizlik Şurasının qeyri-plenar iclasının çağırılmasını istəyib

GünAz TV: "Reuters" agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından iyunun 24-də İranla bağlı qeyri-plenar iclas çağırmasını istəyib. 

 

ABŞ-ın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliyi bildirib ki, rəsmi Vaşinqton İranla bağlı son hadisələr, eləcə də neft tankerlərinə edilmiş hücumlarla bağlı aparılmış araşdırmaların nəticələrini Şura üzvlərinə təqdim edəcək.

 

Fransa xəbər agentliyi də adlarının açıqlanmasını istəməyən diplomatik mənbələrə istinadən ABŞ-ın TŞ-dan iclas keçirməklə bağlı tələbini təsdiqləyib. 

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində 2 neft tankerinə edilmiş hücumdan sonra Amerika video və şəkillər yayaraq, İranı hücumda əli olmaqda günahlandırmışdı. 

 

Bundan sonra qızışmış gərginlik İranın iyunun 20-də ABŞ-a məxsus pilotsuz uçan aparatı Hörmüz boğazı üzərində, beynəlxalq hava məkanında vurduqdan sonra daha da alovlanıb. 1 gün sonra Donald Tramp verdiyi açıqlamada bildirib ki, ABŞ buna cavab olaraq İranın 3 nöqtəsinə hücum edəcəkdi, lakin mən əməliyyatın başlamasına 10 dəqiqə qalmış onu dayandırdım. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN