Amerika İraqda İranın dəstəklədiyi yaraqlıları zəiflətmək üçün tədbirlər görəcək

Amerika İraqda İranın dəstəklədiyi yaraqlıları zəiflətmək üçün tədbirlər görəcək

GünAz TV: Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens İraqda İranın dəstəklədiyi və bu ölkənin təhlükəsizliyini təhdid edən yaraqlı qruplaşmaların nüfuzunun zəiflədilməsi istiqamətində tədbirlər görüləcəyini deyib.

 

O, bu tədbirlərin nədən ibarət olacağını və ABŞ-ın sözügedən yaraqlıların nüfuzunu necə azaldacağını açıqlamayıb.

 

Son həftələr ərzində İraqda İranın himayə etdiyi “Həşdəş-Şəbi” yaraqlı qruplaşmasının bazalarına və silah anbarlarına qarşı bir neçə dəfə hücum həyata keçirilib. Qruplaşma bu hücumlara görə ABŞ və İsraili günahlandırır.

 

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti isə qruplaşmanın iddialarını təkzib edib. Departament ABŞ-ın bu hücumlarda iştirak etmədiyini, yayılan xəbərlərin yanlış və provakativ olduğunu bildirib.

 

“Həşdəş-Şəbi” bir neçə gün öncə isə Suriya ilə sərhəddə pilotsuz uçan aparatların hücumuna məruz qaldıqlarını və nəticədə bir neçə yaraqlının həlak olduğunu bəyan etmişdi.

 

İsrailin baş naziri Benyamin Netanyahu üstüörtülü şəkildə hücumların ölkəsinin Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini demişdi. O, artıq İranın heç bir yerdə toxunulmazlığının olmayacağını, İsrailin təhlükəsizliyinə qarşı yaranan hər bir təhdidin yerində məhv ediləcəyini bildirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN