Amerika İraqda və Suriyada İrana bağlı yaraqlı şiə qruplaşmalarına hücum edib. 41 İran hərbçisi, 25 “Həşdəş-Şəbi” muzdlusu həlak olub

Amerika İraqda və Suriyada İrana bağlı yaraqlı şiə qruplaşmalarına hücum edib. 41 İran hərbçisi, 25 “Həşdəş-Şəbi” muzdlusu həlak olub

GünazTV: Amerikanın hərbi hava qüvvələri İraqda və Suriyada İranın dəstəklədiyi beş yaraqlı şiə qruplaşmasının mövqelərinə raket zərbələri endirib.

 

Amerika Müdafiə Nazirliyinin bildirdiyinə görə, İrana bağlı radikal şiə qruplaşmalarına məxsus 3 hərbi qərargah İraqda, 2-si isə Suriyada hədəfə alınıb.

 

 Bildirilir ki, İranın dəstəklədiyi İraqın “Həşdəş-Şəbi” qruplaşmasının nəzdində fəaliyyət göstərən “Kətaib Hizbullah” terrorçu qrupunun mövqelərinə qarşı həyata keçirilmiş raket hücumlarında 41 İran hərbçisi və 25 “Həşdəş-Şəbi” muzdlusu həlak olub. Amerikanın pilotsuz uçan təyyarələrinin həyata keçirdiyi hava hücumlarında öldürülənlər arasında “Həşdəş-Şəbi”nin 45-ci briqadasının komandanı Əbu Əli Xəzəli də var.

 

 Pentagon sözçüsü Conatan Hofman (Jonathan Hoffman)  yaydığı bəyanatda bildirib ki, Amerika qüvvələrinin hava hücumları “Kətaib Hizbullah” qruplaşmasının İraqda koalisiya qüvvələrinə ev sahibliyi edən hərbi bazalara qarşı ardıcı hücumlarına qarşı cavab olaraq gerçəkləşdirilib: “Həyata keçirilmiş bu dəqiq hücumlar, “Kətaib Hizbullah” qruplaşmasının koalisiya qüvvələrinə qarşı növbəti hücumlarının qarşısını alacaq, onu xeyli zəiflədəcək” –deyə, Pentagon sözçüsü Conatan Hofman yaydığı bəyanatında vurğulayıb.

 

 Amerika qüvvələrinin İraq və Suriyada “Kətaib Hizbullah” qrupnun hərbi qərargahlarına qarşı hücumundan az sonra, dekabrın 29-da Bağdadın yaxınlığında Amerika əsgərlərinin də yerləşdiyi Taci hərbi bazasına qarşı 4 raket atılıb. Hücumda amerikalı əsgərlərdən ölən olmayıb.

 

 

Xatırladaq ki, iki gün əvvəl İraq ordusunun Kərkükdə Amerika qüvvələrinə ev sahibliyi edən “K-1” adlı hərbi bazasına 30 raket atılıb. Hücumda 1 amerikalı podratçı həlak olub, bir neçə İraq hərbçisi yaralanıb. Raketlərin İrana bağlı radikal şiə yaraqlıları tərəfindən atıldığı bildirilir.

 

ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 13-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın təmsilçi qüvvələrinin Bağdadın hava limanı yaxınlığında yerləşən bir hərbi bazasına qarşı raket hücumuna kəskin reaksiya vermişdi: “Əgər İran yaxud onun təmsilçi qrupları Amerika qüvvələrinə və ya bizim iraqlı tərəfdaşlarımıza qarşı hər hansı bir xəsarət yetirsələr, Amerika Birləşmiş Ştatları onlara kəskin cavab verəcək” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də paylaşdığı yazısında bildirmişdi.

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN