Amerika kiber hücumla “Sepah”ın dəniz izləmə sistemlərini sıradan çıxarıb

Amerika kiber hücumla “Sepah”ın dəniz izləmə sistemlərini sıradan çıxarıb

GünAz TV: “New York Times” qəzeti Amerikanın gizli kiber hücumla “Sepah” terrot təşkilatının dəniz naviqasiya sistemini sıradan çıxardığı ilə bağlı məlumat yayıb.

 

Məlumata əsasən, ABŞ İran tərəfindən bu ölkəyə məxsus pilotsuz uçan aparatın vurulmasından sonra iyun ayının 20-də gizli kiber hücum həyata keçirərək, “Sepah”ın dəniz izləmə sistemlərini sıradan çıxarıb. İran tərəfinin sistemləri bərpa etmək üçün 2 aydır göstərdiyi səylər heç bir nəticə verməyib.

 

Amerikanın adının açıqlanmadığı rəsmisinə istinadən dərc edilən xəbərə əsasən, hücum nəticəsində “Sepah”ın gəmiləri izləmək üçün istifadə etdiyi sistemlər sıradan çıxıb və bununla da terror təşkilatının körfəzdə təxribatçı əməllərinin qarşısı alınıb.

 

Qəzet bildirir ki, kiber hücumdan sonra “Sepah” yenidən beynəlxalq sularda üzən gəmilərə qarşı hücum həyata keçirmək iqtidarında olmayıb.

 

Qeyd etmək lazımdır ki, Amerika bundan öncə də dəfələrlə İrana qarşı kiber hücumlar təşkil edib. Nəticədə İranın təxribat əməllərini həyata keçirmək üçün istifadə etdiyi bir çox mərkəzlərin fəaliyyəti sıradan çıxarılıb.

 

İran hələ ki, yayılan xəbərlərə heç bir münasibət bildirməyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN