Amerika kiber hücumla “Sepah”ın raket sistemlərini sıradan çıxarıb- Foto

Amerika kiber hücumla “Sepah”ın raket sistemlərini sıradan çıxarıb- Foto

GünAz TV: Amerika Birləşmiş Ştatları kiber hücumla “Sepah” terror təşkilatının raket atmaq üçün istifadə etdiyi hərbi təchizatların kompüter sistemlərini sıradan çıxardığı ilə bağlı məlumat yayıb.

 

ABŞ mediasında yayılan xəbərlərə görə, bu kiber hücum iyunun 20-də həyata keçirilib. Hücumun “Sepah” terror təşkilatı tərəfindən Amerikaya məxsus pilotsuz uçan aparatın vurulması və regionda neft tankerlərinə qarşı həyata keçirilmiş hücumlara cavab olduğu bildirilir.

 

 

Məlumatlarda həmçinin qeyd edilir ki, kiber hücum bir müddət öncədən Oman dənizində 2 neft daşıyan gəmiyə qarşı təşkil edilmiş hücumdan sonra planlaşdırılıb, PUA-nın vurulmasından dərhal sonra isə icra edilib.

 

ABŞ rəsmilərinin media orqanlarına verdikləri məlumatlara əsasən, kiber hücum nəticəsində İranın qeyd edilən son hücumlarda “Sepah” tərəfindən istifadə edilən bütün hərbi təchizatları sıradan çıxarılıb.

 

İranın Rabitə və İnformasiya Texnologiyaları Naziri Məhəmməd Cavad Azəri Cəhromi Amerikanın yaydığı məlumatı təkzib edib. Cəhromi kiber hücumun “uğursuzluqla” nəticələndiyini iddia edib.

 

İranın Rabitə və İnformasiya Texnologiyaları Naziri Məhəmməd Cavad Azəri Cəhromi

 

Onun sözlərinə görə, Amerika tərəfindən daim İrana qarşı kiber hücumlar təşkil edilir və ötən il onların sayı 33 milyondan çox olub.

 

Qeyd etmək lazımdır ki, iyunun 20-də “Sepah” terror təşkilatı Hörmüz boğazında, beynəlxalq sular üzərində uçan ABŞ-a məxsus “MQ-4C Triton” tipli pilotsuz uçan aparatı vurmuşdu. Amerika prezidenti Donald Tramp bu addıma qarşı İranın 3 nöqtəsinə hücum əmri versə də, son anda onu ləğv etmişdi.

 

Vurulan “MQ-4C Triton” tipli PUA

 

Lakin Tramp dünən yazdığı “Twitter” statusunda iyunun 24-dən rəsmi Tehrana qarşı yeni ağır sanksiyaların qəbul ediləcəyinin anonsunu verib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN