Amerika körfəz ölkələrinin vəsaitləri hesabına Suriyada təhlükəsizlik zonaları yaradacaq

Amerika körfəz ölkələrinin vəsaitləri hesabına Suriyada təhlükəsizlik zonaları yaradacaq

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) qaçqınların Qərbə doğru irimiqyaslı axınına son qoymaq məqsədi ilə Suriyada təhlükəsizlik zonaları yaratmaq niyyətindədir.

  

APA-nın  “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Florida ştatının Melborn şəhərində tərəfdarları ilə görüşdə ABŞ prezidenti Donald Tramp bildirib. 

 

“Mən Suriyada və başqa yerlərdə təhlükəsiz zonalar yaratmaq istəyirəm ki, yerli əhali oranı tərk etmədən təhlükəsiz şəraitdə yaşasın. Biz təhlükəsiz zonalar yaradacağıq. Biz elə edəcəyik ki, körfəz ölkələri bunun üçün lazım olan vəsaitləri ayıracaq”, - deyə Tramp qeyd edib. 

 

Prezidentin sözlərinə görə, o bu addımları “on minlərlə” qaçqını qəbul etməmək məqsədi ilə atmaq niyyətindədir: “Biz o adamlar barədə heç nə bilmirik”.

 

Bununla belə, Tramp qeyd edib ki, yeni hökumət əslində miqrantların ABŞ-a gəlməsinin əleyhinə deyil: “Biz insanların ABŞ-a gəlməsini istəyirik. Lakin biz onların sırasında bizi  sevənləri, ölkəmizin adətlərinə hörmətlə yanaşanları görmək istəyirik”.   

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN