Amerika Milli Kəşfiyyat İdarəsinin direktoru məlum olub

Amerika Milli Kəşfiyyat İdarəsinin direktoru məlum olub

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı keçmiş senator Deniyel Koutsu Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təsdiqləyib.

 

Mediada yayılan məlumata görə, bunu Senatda keçirilən səsvermənin nəticələri göstərib.

 

Qərarı 85 senator dəstəkləyib, 12-si bunun əleyhinə çıxıb.

 

Kouts 1980-ci ildən ABŞ Konqresində, əvvəlcə Nümayəndələr Palatasında, sonra isə Senatda İndiana ştatını təmsil edib. 2001-2005-ci illərdə o, ABŞ-ın Almaniyadakı səfiri işləyib.

 

Milli kəşfiyyatın yeni direktoru anti-Rusiya sanksiyalarının qızğın tərəfdarıdır. 2014-cü ildən onun Rusiya ərazisinə girişi qadağan edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN