Amerika Oman dənizində iki neft tankerinə hücumda İranın əli olması ilə bağlı yeni şəkillər yayıb - FOTOLAR

Amerika Oman dənizində iki neft tankerinə hücumda İranın əli olması ilə bağlı yeni şəkillər yayıb - FOTOLAR

GünazTV: Amerikanın Mərkəzi qüvvələr Komandanlığı (CENTCOM) iyunun 17-də Oman dənizində iki neft tankerinə qarşı hücumda İranın əli olması ilə bağlı yeni şəkillər yayıb.

 

Amerikanın Mərkəzi qüvvələr Komandanlığı (CENTCOM) şəkillərin izahı üçün yaydığı bəyanatında bildirilir ki, neft tankerlərində baş vermiş partlayışlara görə birbaşa İran məsuliyyət daşımalıdır: “Mövcud dəlil-sübutları və belə bir əməliyyatın həyata keçirilməsi üçün yüksək təcrübənin lazım olmasını nəzərə alaraq, hesab edirik ki, bu hücumların məsuliyyəti birbaşa İranın üzərinə düşür” bəyanatda qeyd edilir.

 

Amerika ordusunun yaydığı 11 şəkildə “Sepah” terror təşkilatının gəmilərdən birinə yaxınlaşıb Yaponiyaya məxsus “Kokuka Courageous” gəmisinin gövdəsinə yapışdırılmış, lakin partlamamış dairəvi bir minanı çıxarıb hadisə yerindən uzaqlaşan sürət qayıqlarından biri öz əksini tapıb.

 

Amerika Müdafiə Nazirliyi rəsmilərinin dediyinə görə, “Sepah” qüvvələri həmin minanı Yaponiya gəmisinin gövdəsinə yapışdırıblar. Lakin hücumdan sonra tələm-tələsik hadisə yerinə gedərək, partlamayan minanı gəmidən ayırdıqdan sonra sürətlə hadisə yerindən uzaqlaşıblar.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiya və Norveçə məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü  vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, bu olayda əli olduğunu təkzib edir.

 

 

 

"Sepah"ın sürət qayığı

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN