Amerika ordusu Suriyanın şimal-şərqində yeni baza yaradır

Amerika ordusu Suriyanın şimal-şərqində yeni baza yaradır

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Ordu Komandanlığı Suriyanın şimal-şərqində ölkənin neft olan ərazilərində möhkəmlənmək üçün yeni hərbi obyektlər yaradır.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri Hasek əyalətindəki Tell-Birak bölgəsində baza qurmağa başlayıblar. Bu bazanın köməyi ilə Suriyanın Rumeylan bölgəsindəki əsas neft istehsal mərkəzlərindən birinə Rusiyanın hərbçilərinin yolunu bağlamaq niyyətindədirlər. ABŞ Silahlı Qüvvələri obyektinin inşası üçün inşaat texnikası və materiallar İraqdan gətirilir. APA

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN