Amerika prezidenti məkəməyə verilir

Amerika prezidenti məkəməyə verilir

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp konstitusiya (anayasa) andını pozmaqda ittiham olunur.

 

Vaşinqtonun baş prokurorluğu və Merilend ştatı rəhbərliyi Trampı məhkəməyə verəcəyinə dair xəbərdarlıq edib.

 

Bildirilir ki, Tramp Ağ Evə köçdükdən sonra xarici hökumətlərdən milyonlarla dollar alıb.

 

Bu, Trampın şəxsi biznesindən gələn gəlir olsa da, ştat konstitusiyasına görə prezidentin dövlət başçısı vəzifəsində ola-ola bizneslə məşğul olması qadağan edilir.

 

Tramp prezident seçilməsinə baxmayaraq şirkətin rəhbərliyindən imtina etməyib.

 

Baş prokuror bildirib ki, Tramp dövlət vəzifələri ilə şəxsi maraqlarını eyni tutur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN