Amerika qanunvericisi uyğur probleminin qaldırılmasını istəyir

Amerika qanunvericisi uyğur probleminin qaldırılmasını istəyir

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) konqresmeni Kristofer Smit prezident Trampı Çin prezidenti Tsi Cimpinqlə gürüşü zamanı Çinin müsəlman uyğur türklərinə qarşı kütləvi nəzarət siyasətini qaldırmağa çağırıb.

 

“Amerikanın səsi”nin yaydığı məlumata görə, respublikaçı senator Marko Rubio ilə birgə Konresin baş icraçı komitəsinin həmsədri Sincan vilayətində uyğurların hüquqlarının pozulmasını qınayan qətnamə təqdim edib.

 

Pekin artıq uzun zamandır bu siyasətinə görə təzyiqlər altındadır. Belə ki, bu ölkədə uyğurlar, qazaxlar və digər azlıqlar repressiyalara məruz qalır. Çin isə dini ekstremizlə mübarizə apardığını iddia edir.

 

Uyğurlar Sincanda əsrlərlə yaşayır və region əhalisinin 45 faizini, çinlilər isə 40 faizini təşkil edir.

 

Çinlilər və uyğurlar arasındakı ən ciddi gərginlik 2009-cu ildə müşahidə olunub. Çinin cənubunda iki uyğurun öldürülməsi Sincanda kütləvi iğtişaşlara səbəb oldu.

 

Polis etirazları qəddarlıqla yatırdı. Lakin radikallar müqaviməti davam etdirdi və onlarla insanın ölümünə səbəb olan terror hücumları törətdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN