Amerika qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib

Amerika qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) “Minuteman III” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.

 

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin qlobal zərbə komandanlığı məlumat yayıb.

 

Döyüş başlığı olmayan qitələrarası ballistik raketin sınağı Kaliforniyada yerləşən “Vandenberq” bazasında keçirilib.

 

“Sınaq göstərir ki, ABŞ-ın nüvə qoruyucusu etibarlı, çevik və XXI əsrin təhdidlərinə cavab verə biləcək şəkildə hazırlanıb”, - deyə komandanlığın açıqlamasında bildirilib.

 

Komandanlığın məlumatında qeyd olunub ki, qitələrarası ballistik raketin sınağı regional münaqişələrə cavab xarakteri daşımır.

 

Raket təqribən 6.7 min kilometr məsafəni qət edib və Sakit okeandakı Kvajaleyn (Marşal Adaları) ərazisindəki hədəfə dəyib.

 

ABŞ müntəzəm olaraq "Minuteman III" qitələrarası ballistik raketlərini sınaqdan keçirir. Bu ilin 6 fevral, 1 və 9 may tarixlərində "Minuteman III" raketlərinin sınaqları baş tutub. 2018-ci ilin yayında "Minuteman III" qitələrarası ballistik raketlərin sınağı uğursuz olub. APA

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN