Amerika qoşunlarını İraqdan çıxarmağa başladı

Amerika qoşunlarını İraqdan çıxarmağa başladı

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) İŞİD-ə qarşı mübarizənin aktiv mərhələsi yekunlaşdıqdan sonra qoşunlarını İraqdan çıxarmağa başlayıb.

 

Virtualaz.org bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.

 

Məlumata görə, iraqlı rəsmi bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya və İraq hökuməti üç il ərzində ilk dəfə İraqdan qoşunların çıxarılmasına dair razılığa gəlib. Son bir həftədə onlarla hərbi qulluqçu ölkədən çıxarılaraq Əfqanıstana göndərilib.

 

Qeyd edək ki, ötən ilin dekabrında İraq hökuməti ölkədə İŞİD-ə qarşı müharibənin başa çatdığını açıqlamışdı.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN