Amerika qoşunlarını Suriyadan çıxarmağa başlayıb

Amerika qoşunlarını Suriyadan çıxarmağa başlayıb

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyadan öz hərbçilərinin çıxarılması prosesinə başlayıb.

 

"Trend"in yaydığı məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Dana Uaytın bəyanatında deyilir.

 

Bıyanatda bildirilir: "Koalisiya İŞİD terror qruplaşmasının nəzarət etdiyi bütün əraziləri azad edib, lakin İŞİD-ə qarşı kampaniya yekunlaşmayıb. Biz kampaniyamızın növbəti fazasına keçməklə əlaqədar öz hərbçilərimizin Suriyadan çıxarılması prosesinə başlamışıq".

 

Mətbuat katibi qeyd edib ki, Qüvvələrin müdafiəsi və təhlükəsizlik maraqlarına əsasən biz digər detalları açıqlamayacağıq.

 

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp öz Twitter səhifəsində bildirmişdi ki, ABŞ Suriyada İŞİD üzərində qələbə qazandı və bu ABŞ hərbçilərinin Suriyada olmasının yeganə məqsədi idi.

 

"Reuters" agentliyinin məlumatına əsasən, ABŞ Suriya ərazisindən öz hərbçilərinin 60-100 gün ərzində çıxarmaq niyyətindədir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN