Amerika qoşunlarının bir hissəsi Suriyada qala bilər

Amerika qoşunlarının bir hissəsi Suriyada qala bilər

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsi qeyri-müəyyən müddətə qədər ərəb ölkəsinin cənubunda qala bilər.


Bu barədə şənbə günü ABŞ administrasiyasındakı mənbəyə istinadən NBC teleşirkəti məlumat yayıb.


Onun sözlərinə görə, Birləşmiş Ştatlar qoşunların çıxarılması üçün konkret vaxt müəyyən etməyib. Mənbə bildirib ki, bununla belə onlar hesab edirlər ki, Suriya ərazisində fəaliyyət göstərən İŞİD terror təşkilatının yerdə qalan yaraqlıları üzümüzə gələn həftələrdə məhv edilə bilər. "Report"


N.S
 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN