Amerika rəsmisi: “Biz “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etməliyik”

Amerika rəsmisi: “Biz “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etməliyik”

GünAzTV: ABŞ Nümayəndələr Palatasının sədri Paul Ryan martın 27-də Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsində (AİPAC) çıxış edərək İranla əldə edilən nüvə sazişindən, bu ölkənin regionda apardığı təxribat xarakterli fəaliyyətindən və “Sepah”ın beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

Paul Ryan bildirib ki, İranla imzalanmış nüvə sazişi, sonunda bu ölkənin nüvə silahına yiyələnməsinə gətirib çıxaracaq: “Mənim, prezident Obamanın İranla əldə etdiyi nüvə sazişi haqdakı mövqeyimi hamı bilir. Əgər biz gələcəkdə daha yaxşı əməl etmək istəyiriksə, keçmişdəki səhvləri unutmamalıyıq. Bu razılaşmanın ən pis cəhətlərindən və ya iradlarından biri odur ki, hətta əgər İran bizimlə tam əməkdaşlıq etsə belə, onun qarşısında nüvə silahının istehsalı qabiliyyətinə yiyələnməsi üçün səbirli bir yol açmış olur. Bu isə qəbuledilməzdir. Elə buna görə də hesab edirəm ki, biz İranın bu sazişi tam icra etməsi prosesinə nəzarəti gücləndirməli, bu ölkəni, etdiyi bir sıra qanunsuz əməllərinə görə qeyri-nüvə sanksiyalarla cəzalandırmalıyıq.

 

“Sepah” və onun bölgədəki fəaliyyətinə gəlincə, İran hökuməti, İsraili məhv etmək niyyətində olmaqla yanaşı həm də bölgədə öz nüfuzunu gücləndirməyə çalışır. İranlılar Dəməşqdə oturan və Suriyada soyqırım törədən bir diktatoru dəstəkləyir, Yəməndəki müxalif üsyançıları silahlandırır, Bağdaddan tutmuş Beyruta qədər səpələnən bütün terrorçulara maddi yardım göstərir, regionda hegemonluğu ələ almağa çalışırlar. Elə buna görə də düşünürəm ki, biz bütün bu təhdidlərin qarşısını almaq üçün Amerikanın gücündən və onun bütün imkanlarından istifadə etməliyik. Bir sözlə, biz İranın bu hücumçu addımlarının qarşısını almaq üçün müttəfiqlərimizlə, o cümlədən də İsraillə istənilən yerdə və məkanda əməkdaşlıq etməliyik.

 

Məhz bunları nəzərə alaraq hesab edirəm ki, biz İranın terrorçu ordusuna və İran İnqilab Keşikçiləri Korpusuna “Sepah” qarşı sanksiyaları genişləndirməli, onları, xüsusən də “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etməliyik”.

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN